"Səbail" "Turan Tovuz"un futbolçusunu istəyir
- 20 Dek 2023 12:00
- 1024
"Səbail" "Turan Tovuz"un futbolçusu Fərid Nəbiyevi heyətində görmək istəyir.
Rekord.az-a daxil olan məlumata görə, cari mövsüm Tovuz təmsilçisinin heyətində özünü yaxşı tərəfdən göstərən Nəbiyev daha iddialı klubların maraq dairəsinə düşüb.
"Səbail"i şanslı edən məqam isə Fəridin qardaşı Yusifin burada forma geyinməsidir. Deyilənə görə, Yusuf də qardaşının Bayıla gəlməsini istəyir.