“Səbail” yay hazırlıq dönəmini ölkə xaricində keçirməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a baş məşqçi Aftandil Hacıyev bildirib.

Onun sözlərinə görə, Gürcüstana səfər nəzərdə tutulub:

“Əslində, Türkiyəyə yollanmaq yaxşı olardı. Hər halda orada sparrinq tapmaq daha asandır.

Amma Türkiyəyə getməyə maliyyəmiz çatmır. Ora təyyarə ilə getmək olar, o da həmişəkindən xeyli baha başa gəlir.

Gürcüstana isə avtobusla getmək olur. Qoy görək, Gürcüstanda rəqib tapa biləcəyikmi? Tapmasaq, Qəbələyə səfər edəcəyik. Yəni ki, bu ikisi arasında seçim edəcəyik”.