
“Səbail" Türkiyəyə gedir
- 30 İyn 2023 16:46
- 279
“Səbail"in yay hazırlıq planı bəlli olub.
Rekord.az xəbər verir ki, iyulun 1-də bir araya gələcək komanda iyulun 8-nə qədər məşqlərini Bakıda keçirəcək.
Komanda iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.