![photo](https://www.rekord.az/storage/uploads/5/agabala-4.jpg)
“Səbail” Türkiyəyə yollandı
- 10 İyl 2023 21:30
- 286
2023/24 mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
Rekord.az xəbər verir ki, komanda Ərzurumda məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.
Xatırladaq ki, “Səbail”in qardaş ölkədə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərdən hələlik biri məlumdur. Şahin Diniyev yetirmələrini “Konyaspor”la oyunda sınaqdan keçirəcək.