Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi bu dəfə Donetsk “Olimpik”i ilə üz-üzə gəlib.

Ukrayna klubu ilə görüş “Miracle Resort Hotel”in meydançasında keçirilib. Dörd qolun qeydə alındığı qarşılaşma Bakı klubunun növbəti məğlubiyyəti ilə başa çatıb.

“Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” komandasına da 0:1 hesabıyla uduzub. “Gəmiçilər” yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları ilə də qarşılaşacaq.

Yoxlama oyunu
18 yanvar

Səbail – Olimpik (Donetsk, Ukrayna) 1:3
Qol: Maykl Essyen, 60.
Antalya, “Miracle Resort Hotel”in meydançası