![photo](https://www.rekord.az/storage/uploads/4/sebail1.jpg)
"Səbail" yenidən qurulacaq
- 24 Mar 2021 14:00
- 812
Növbəti mövsümdə "Səbail"də köklü dəyişikliklər gözlənilir.
Rekord.az-a daxil olan məlumata görə, büdcənin azalması fonunda bir sıra təcrübəli futbolçularla yolların ayırılması gözlənilir.
Əvəzində daha çox gənc futbolçulara üstünlük veriləcək. Aftandil Hacıyev də artıq indidən bununla bağlı işlərə başlayıb. Belə ki, əvəzedici komandadan seçilmiş bir neçə futbolçu artıq əsas komandanın hazırlıqlarına cəlb olunub.