Tərlan Əhmədovun "Kəpəz"də tərcüməçinin olmaması məsələsini də ciddi problem kimi qabartmasından sonra məsələ bir qədər aktuallaşdı. İstər-istəməz tərcüməçisi olmayan klublar ön plana çıxmağa başladı.

Rekord.az belə klubardan olan "Sumqayıt"ın məsələ ilə bağlı mövqeyini sizə təqdim edib.

Növbəti üz tuduğumuz klub isə "Səbail" oldu. Klubun mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova sualımızı bu cür cavablandırdı: "Klubumuzda tərcümə işlərini Zaur Əliyev həyata keçirir. O, həmçinin də komandanın analitikidir. Bu mənada klubdaxili məsələrdə əcnəbilərlə ünsiyyət onun vasitəsi ilə qurulur, həmçinin media ilə bağlı məsələlərdə də kömək edir. Lakin sırf jurnalistlərə açıqlama, müsahibələr olanda o zaman tərcümə məsələsində mən kömək edirəm".