"Səbail"in idman direktoru Ramin Həsənov klubdan ayrılmaq istəməsi barədə ərizə yazıb.

Rekord.az xəbər verir ki 2017-ci ilin yayından Bayıl təmsilçisində fəaliyyət göstərən Həsənovun istefa verməsinin səbəbləri haqda hələlik dəqiq məlumat yoxdur.

Ancaq bizə məlumdur ki, Ramin bəy "Səbail"dən getmək fikrində olmasını artıq AFFA-ya bildirib və razılıq alıb. (sportinfo.az)