"Səbail"də tərcüməçi postu ləğv edildi: bu işi Esyen görəcək?
- 21 Fev 2020 14:00
- 921
Maykl Essyen «Səbail»də yeni «vəzifə» alıb.
Rekord.az xəbər verir ki, qanalı ulduz əsas komandanın «tərcüməçisi» təyin olunub.
Ötən mövsümün ikinci yarısından «dənizçilər»in şərəfini qoruyan afrikalı yarımmüdafiəçinin ikinci işi məşqçilərin tapşırıqlarını legionerlərə izah etməkdir.
Təbii ki, o, buna görə əlavə pul almayacaq. Essyen klub rəsmilərinin xahişi ilə tərcüməçilik missiyasını öz üzərinə götürüb.
«Səbail»də artıq bu ştat ləğv olunub. Komanda maliyyə çatışmazlığı üzündən mövsümün əvvəlində tərcüməçisi ilə vidalaşıb.