"Səbail"dən alqışalayiq addım: bu qərar ləğv edildi
- 30 Noy 2023 14:00
- 440
"Səbail"də klubun futbol akademiyası ilə bağlı mühüm qərar qəbul edilib.
Rekord.az xəbər verir ki, akademiyada pullu qruplarda ödənişlər ləğv olunub.
Bundan sonra aşağı yaş qruplarında A komandaya düşmədiyi üçün B komandada məşqlərə qoşulan uşaqlar bunun üçün ödəniş etməyəcək.
Qeyd edək ki, yayda klubda rəhbər postlarda da dəyişikliklər olmuş, Firuz Abdulla idman direktoru, Rəşad Məmmədov isə mətbuat xidmətinin rəhbəri təyin olunmuşlar.