"Səbail"dən ayrılan Silven Deslandesin yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, fransalı müdafiəçi Kiprdə çıxış edəcək. 

27 yaşlı futbolçu "Omoniya 29 Maiou" klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Deslandes ötən ilin sentyabrından bu ilin mayına qədər "Səbail"də çıxış edib. O, "dənizçilər"in heyətində 26 oyuna çıxıb.