“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.


Rekord.az xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.


2:0 hesabı ilə qalib gələn “dənizçilər”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.


Turnirdə debütü 2016/2017 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.