"Səbail" klubu daha bir futbolçusu Süleyman Əhmədovla müqavilənin müddətini uzadıb.

Rekord.az "dənizçilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə birillik anlaşma əldə olunub.

Oyunçu ötən mövsüm Premyer Liqada 12 matçda meydana çıxıb.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev və Rüfət Abdullazadə ilə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.