"Səbail"dən işıqlandırma və akademiyanın fəaliyyəti ilə bağlı rəsmi açıqlama
- 12 Dek 2023 17:00
- 383
"Səbail" klubunun mətbuat katibi "ASCO Arena"nın işıqlandırma sistemindəki problemlə bağlı açıqlama verib.
Rekord.az-a danışam klub rəsmisi hazırda problemin həlli üçün işlərin davam etdiyini bildirdi: "Bizdən qaynaqlanan məsələ olmadığı üçün konkret hansı tarix deməkdə çətinlik çəkirəm. Amma bildiyim odur ki, işlər davam edir və ümid edirəm ki, qısa zamanda problem həll olunacaq".
Məmmədov işıqlandırma sistemində yaranan problemin akademiyanın fəaliyyətinə mənfi təsir etmədiyini də bildirib: "Bu məsələ ilə bağlı kimlərin nə dediyi haqda məndə məlumat yoxdur, amma deyə bilərəm ki, hansısa problem yaranmayıb və akademiya əvvəlki şəkildə öz fəaliyyətini davam etdirir".