"Səbail"dən ayrılan Aleksandr Ramalinqom karyerasını İsraildə davam etdirəcək.

Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu "Bney Saxnin"ə keçib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madaqaskarlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Ramalinqom 2023-cü ilin yayından bu ilin yayınadək "Səbail"də çıxış edib. O, bu müddət ərzində 17 qol və 1 qol ötürməsinə imza atıb.