“Səbail” daha bir futbolçusunu komandada saxlamağa qərar verib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Rahid Əmirquliyev klubla yeni bir illik müqaviləyə imza atıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “Səbail”də daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz, Elçin Rəhimli, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da müqavilənin müddəti uzadılmışdı.