"Səbail"dən Norveçin II liqa klubuna
- 30 İyl 2021 18:30
- 561
"Səbail"dən ayrılan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, qvatemalalı qolkiper "Ham-Kam"da oynayacaq.
O, yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə gedib.
Qeyd edək ki, N.Hagen ötən mövsüm "Səbail"də oynayıb. 24 yaşlı qapıçı bu ay klubdan ayrılıb.
Xatırladaq ki, "Ham-Kam" Norveçin ikinci liqasında çıxış edir.