"Səbail" rəhbərliyində yayda baş verən bəzi dəyişikliklər akademiyanın fəaliyyətinə də təsir edib.

Rekord.az xəbər verir ki, Şahin Diniyev, Firuz Abdulla və Rəşad Məmmədovun gəlişindən sonra əsas komanda ilə akademiya arasındakı koordinasiya gücləndirilib.

Ən alqışalayiq addım isə akademiyada fəaliyyət göstərən pullu qrupların ləğv edilməsidi. Hazırda "Səbail" Futbol Klubunda bütün məşqlər və qruplar ödənişsizdir. Bundan başqa, akademiya üçün Qaraçuxur qəsəbəsində yeni baza qurulur, meydança hazırlanır. Akademiya üçün daha bir meydançanın da tikintisi planlaşdırılır.

Qeyd edək ki, hazırda klubda mətbuat xidmətinin rəhbəri olan Rəşad Məmmdov "Sumqayıt"da çalışarkən həm də akademiyanın direktoru Hakan Sünalın köməkçisi idi. Məhz onun dönəmində "Sumqayıt" Futbol Akademiyasında da pullu qruplar yox idi və Məmmədovun gedişindən sonra həmin qruplar bərpa olundu.