2024/2025 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun keçirib.

Rekord.az xəbər verir ki, "dənizçilər" Türkiyə 1-ci Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.

Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Paytaxt klubunun heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

“Səbail” sabah vətənə yola düşəcək.