![photo](https://www.rekord.az/storage/uploads/5/sebail-31.jpg)
“Səbail”dən Türkiyə klubu üzərində qələbə
- 16 İyl 2023 20:30
- 282
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, komanda TFF 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.
Matç “dənizçilər”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Aleksandr Ramalinqom dubl edibsə, Pedro Nuno və Ağabala Ramazanov hərəyə bir dəfə fərqləniblər.