“Namizədlər var, sadəcə, hələ seçim etməmişik”.

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Yeni hücumçu axtarışları barədə məlumat verən çalışdırıcı hazırda azad agent statusu daşıyan legionerlərin bir neçəsini diqqət mərkəzində saxladıqlarını söyləyib:

“İran, Fransa və Afrikadan bizə təklif olunan futbolçular var. Onları bir-bir nəzərdən keçiririk. Hələ deyə bilmərəm ki, kimisə mütləq alacağıq.

Büdcəni gözləməliyik. Çox istərdim ki, bu məsələ tez həllini tapsın. Bizə yaxşı hücumçu mütləq lazımdır”.