Millinin keçmiş yarımmüdafiəçisi Əfran İsmayılovun «Səbail»ə keçidi baş tutmayıb.

Rekord.az xəbər verir ki, «Keşlə»dən ayrılan futbolçu Bayıl təmsilçisi ilə danışıqlar aparsa da, tərəflər maliyyə şərtlərində razlığa gələ bilməyib.

İndi onun üçün bir variant qalır – «Qəbələ». «Qırmızı-qaralar»ın köhnə-yeni kapitanı Cavid Hüseynov da yığmadan yaxşı tanıdığı oyunçunu əyalət klubunda görmək istəyir. (sportinfo.az)