“Səbail”də maddi sıxıntı davam edir.

Rekord.az xəbər verir ki, futbolçular hələ də maaşlarını tam olaraq ala bilməyiblər və klub komanda üzvlərinə hələ də 2 ayın maaşını ödəməyib.

Lakin əldə etdiyimi son məlumata görə, 2021-ci ildən etibarən bu problemin aradan qalxacağına dair söz verilib. Deyilib ki, yeni ilin ilk ayından AFFA bütün ödənişləri vaxtında ödəyəcəyinə dair söz verib.