Artıq bu gündən etibarən klublarımız qış hazırlığına başlayır.

Rekord.az xəbər verir ki, bütün klublar büdcələrinə uyğun olaraq transfer çalışmalarına da start verib.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev də bir neçə futbolçu ilə heyəti gücləndirmək istəyir. Lakin maddi sıxıntılar yaşayan Bayıl təmsilçisində vəziyyət bir qədər fərqlidir. Rəhbərlikdən bununla bağl xahiş edilib. Onlar da bunu AFFA rəhbərliyinin diqqətinə çatdırıb. İndi vəsaitin ayırılıb-ayırılmayacağı federasiyadan asılı olacaq. Yanvarın 5-ə kimi məsələ aydınlaşmalıdır.