"Səbail" İrandan ucuz qiymətə futbolçu gətirməyə cəhd etsə də, cəhdi uğursuz olub.

Bununla bağlı Rekord.az-a maraqlı məlumat daxil olub.

Məlumata görə, Bayıl təmsilçisi qonşu ölkədən ayda 2-3 min dollar maaşa oynamağa razı olan futbolçular axtarıb.

Gənc, amma istedadlı. Bir neçə futbolçu ilə əlaqə də yaradılıb. Lakin klubun təklif etdiyi məbləğ çox aşağı olduğundan iranlı futbolçular dərhal imtina edib.