“Səbail”in futbolçusu 200-ə çatdı
- 21 Sen 2020 15:32
- 679
Azərbaycan Premyer Liqasının 3-cü turu “Səbail”in futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib.
Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ürfan indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.
Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.