“Səbail”in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya yığmasına dəvət alıb.

Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Camal Araqo buna qədər Qananın U-17 və U-20 milli komandalarında çıxış edirdi. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu həmin bu ölkənin əsas milli komandasında çıxış etməyə qərar verib.