Son zamanla baxımlı oyunu ilə diqqət çəkən “Səbail”in yarımmüdafiəçisi Nikolas Raysel “Neftçi”nin maraq dairəsinə düşüb.

Rekord.az-a daxil olan məlumata görə, “ağ qaralar” sözügedən futbolçunu qışda heyətinə qatmaq istəyir.

Lakin Rayselin “Səbail”lə müqaviləsi olduğu üçün “Neftçi”nin qarşı tərəfə təzminat ödəməsi lazımdır.