"Səbail"in kapitanı Ağabala Ramazanov Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"la oyunda huşunu itirib.

Rekord.az xəbər verir ki, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər. Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.

Birinci hissəsi başa çatan matçda "Turan Tovuz" 1:0 hesabı ilə öndədir.