"Səbail"in legioneri Azərbaycanda ən çox şaftalını bəyənir
- 10 May 2021 19:49
- 690
"Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagen qol.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Artıq mövsümün sonuna 2 tur qalıb. "Səbail"in çıxışını necə dəyərləndirirsiniz?
- Hər oyun meydana qələbə üçün çıxırıq. Bu mövsüm enişli-yoxuşlu oldu. Bəzən istədiyimiz kimi, bəzən də uğursuz çıxış etdik. Buna rəğmən, komanda bir yerdə oldu. Futbolçular yaxşı mübarizə aparır. Turnir cədvəlində ilk sırada olmasaq da nəticəni pis hesab etmirəm.
- Öz çıxışınız haqda nə deyə bilərsiniz?
- Normal çıxış edirəm. Hər şey qaydasındadır. Yüksək performans sərgiləmək isəyirəm.
- Azərbaycan çempionatının durumu sizi qane edir?
- Əlbəttə, yaxşı çempionatın keçir. Zamanla Azərbaycan futbolu irəli gedəcək, intişar edəcək. Mənə gəldikdə isə buranı inkişaf etmək üçün əla yer hesab edirəm. Düşünürəm ki, karyeramda daha da irəli gedəcəyəm.
- Bakıda günləriniz necə keçir?
- Maraqlı insanlar görürəm, mədəniyyətinizi bəyənirəm. Komanda yoldaşlarımla münasibətim yaxşıdır. Düzdür, ev elə evdir, yəni ölkəmlə buranı müqayisə etmək istəmərəm. Amma bura da yaxşıdır, darıxmıram.
- Azərbaycan mətbəxi ilə aran necədir?
- Burada ən çox şaftalını bəyənirəm. Çox dadlı və xeyirlidir. Ümumiyyətlə bir çox yeməkləri bəyənirəm.
- Klubunu dəyişmək kimi bir planın var?
- Bu haqda hələlik heç bir şey deyə bilmərəm. Hələ "Səbail"in uğurları üçün çalışıram. Ən böyük istəyim çempionatı yaxşı performansla başa vurmağımdır.