"Bu şəhərdə fərqli mədəniyyətlər mövcuddur. İnsanlar dostcanlı və səmimidirlər”.

Rekord.az xəbər verir ki, bu fikirləri "Səbail"in qapıçısı Nikolas Hagen "futbolcentroamerica.com" nəşrinə açıqlamasında Bakıdakı vəziyyəti barədə danışarkən deyib.

Qvatemalalı qolkiper bildirib ki, burada özünü evindəki kimi hiss edir: "Elə davranırlar ki, sanki illərdir bu ailənin üzvüsən. Harada olmağına rəğmən, hamısı çox istiqanlıdır və ilk kömək etməyə çalışırlar".

Qeyd edək ki, 24 yaşlı qapıçı bu mövsümün əvvəlində ölkəsinin "Munisipal" klubundan "Səbail"ə keçib.