“Səbail”in futbolçusu Yevgeni Koçuk Moldova millisinin heyətinə dəvət olunub.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Moldovanın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa və İslandiya ilə qarşılaşacağı oyunlar üçün yığmaya çağırılıb.

Moldova millisi noyabrın 14-da Fransa, 17-də isə İslandiya ilə qarşılaşacaq.