“Səbail”in yarımmüdafiəçisi Şimkus Domantas Litva millisinə dəvət olunub.

Rekord.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Domantas DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandalarına qarşı keçiriləcək oyunlar üçün Litva milli komandasının heyətinə dəvət olunub.

Litva yığması sentyabrın 2-də Şimali İrlandiyanı qəbul edəcək. Bu komanda ayın 5-də və 8-də isə müvafiq olaraq Bolqarıstan və İtaliyanın qonağı olacaq.