“Səbail”in legioneri vətəndaşlığını dəyişir
- 02 Okt 2021 16:20
- 466
“Səbail”in qanalı futbolçusu Camal Araqo idman vətəndaşlığını dəyişmək istəyir.
Rekord.az “ghanaweb.com” istinadən xəbər verir ki, əslən Liberiyadan olan 28 yaşlı müdafiəçi bu ölkənin milli komandasında çıxış etmək niyyətindədir.
Araqo daha əvvəl Qananın U-17 və U-20 yığmasında çıxış edib. Liberiya Futbol Assosiasiyası isə hələlik oyunçuya təklif göndərməyib.
Camal Araqo mövsümün əvvəlində “Səbail”ə keçib.