"Səbail"in məşqçisi Azərbaycandan deportasiya oluna bilər
- 24 Okt 2019 12:00
- 1105
"Səbail"in məşqçisi Emin Ağayev gözlənilməz problemlə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Rusiya vətəndaşlığı daşıyan mütəxəssis Azərbaycandan deportasiya olunrmaq təhlükəsiylə üzləşib.
Buna səbəb Azərbaycan ərazisində nəzərdə tutulmuş müddətdən artıq qalmasıdır.
Bu arada məlum olub ki, vaxtilə AFFA tərəfindən Ağayevə verilmiş xarici pasportun müddəti də bitib. Odur ki, Aftandil Hacıyevin köməkçisi müvafiq dövlət instansiyalarına 1 illik işçi vizası almaq üçün müraciət edib. (sportinfo.az)