![photo](https://www.rekord.az/storage/uploads/4/ebdulqeni.jpg)
"Səbail"in müşahidə şurasının sədri: " Bu mövsüm üçün 5-6-7-ci yerə razıyam" MÜSAHİBƏ
- 08 Okt 2023 11:00
- 729
“Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov "Qəbələ" ilə oyundan sonra (1:0) Rekord.az-a müsahibə verib:
- Baş məşqçiniz Şahin Diniyev mətbuat konfrnsında bildirdi ki, komandanın hazırkı çıxışı və turnir cədvəlindəki mövqeyi onun üçün gözlənilməz oldu. Siz komandanın cari mövsümdəki çıxışını necə qiymətləndirərdiniz?
- "Qəbələ" ilə bugünkü oyunda mən heç-heçəyə də razı idim, obyektiv danışmaq lazımdır. Komanda niyə bu mövsüm daha yaxşı çıxış edir, gələn legionerlərin səviyyəsi ötən mövsümkü legionerlərlə müqayisədə daha yaxşıdır.
- Komandanın qarşısına konkret hansı hədəf qoyulub, avrokuboklara vəsiqə, ya necə?
- Yox, avrokuboklara vəsiqə hədəfi qoyulmayıb. Şahin müəllim hansı fikirləri səsləndirib, mən bilmirəm, amma şəxsən mən bu mövsüm üçün 5-6-7-ci yerə razıyam.
- Bəs komandanın potensialı necədi?
- Potensial günü-gündən artır. Bu mənada mənə elə gəlir ki, daha yüksək yerlərə də oynamaq olar.
- Təcrübəli futbol adamı kimi, çempionatımızın hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?
- Əvvəlki illərlə müqayisədə bu mövsüm maraq artıb. Həm ictimaiyyət tərəfindən, həm dövlət tərəfindən maraq, dəstək var. Buna görə də inkişaf var.
Anar XANLAROV