Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Səbail” klubu daha bir yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv “Sabah”la qarşılaşacaq.

Oktyabrın 11-də, “Bank Respublika Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

“Səbail” bundan əvvəlki yoxlama oyununda “Sumqayıt”ı məğlub etmişdi – 3:0.