"Neftçi"dən ayrılandan sonra bir müddətdir işsiz qalan Ceyhun Sultanov yenidən iş başına qayıda bilər.

Rekord.az-a daxil olan məlumata görə, Elxan Məmmədov onu işlə təmin etmək istəyir və hətta tərəflər arasında görüş də olub.

AFFA-ya yaxın mənbədən saytımıza ötürülən məlumata görə, Sultanovun "Səbail"ə prezident göndərilmək variantı var. Lakin hər şeyə tərəflər arasındakı növbəti görüşdən sonra aydınlıq gələcək. Növbəti görüş isə millinin oyunlarından sonraya planlaşdırılır.