“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala milli komandasına dəvət olunub.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Hagenin martın 14-dən 30-dək Qvatemala milli komandasının təlim-məşq toplanışında iştirak edəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Qvatemala yığmasını DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Kuba ilə ev, 28-də isə Britaniya Vircin adaları ilə matçlar gözləyir.