“Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir
- 06 Dek 2019 14:41
- 778
“Səbail”in futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, 32 yaşlı qapıçı, Türkiyənin “Karabükspor” klubunun ona olan borcundan danışıb:
“Məhkəmə artıq bitib, mənim lehimə qərar çıxarılıb. “Karabükspor” mənə müəyyən məbləğ ödəməyə borcludu. Ödəyib-ödəməyəcəklərini bilmirəm. Klub hələ ki, mövcuddu. Amma iflasa doğru gedir. Buna görə də, ödəniş üçün ümidim azdı”.
Aleksandr Rıbka 2017/2018 mövsümündə “Karabükspor”un formasını geyinib. Hazırda Türkiyənin 2-ci Liqasının “qırmızı qrup”unda mübarizə aparan “Karabükspor” maliyyə problemləri səbəbindən dağıla bilər.