“Səbail”lə “Keşlə” də “stop” dedi
- 16 Mar 2020 19:40
- 772
Azərbaycan Premyer Liqasında mübarizə aparan daha iki komanda məşqləri dayandırıb.
Rekord.az xəbər verir ki, söhbət “Səbail” və “Keşlə” klublarından gedir.
“Keşlə”nin rəsmi saytının yaydığı məlumata görə, koronavirus (COVID-19) virusunun dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ gərargahın verdiyi qərarla əlaqədar, bu klubun əsas, əvəzedici və akademiya komandalarının məşqlərinə müvəqqəti fasilə verilib.
“Səbail”in mətbuat xidməti də koronavirus pandemiyasına görə bütün məşqləri müvəqqəti dayandırdıqlarını açıqlayıb.