Avqustun 21-də start götürəcək Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən “Səbail” və “Keşlə” klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Rekord.az xəbər verir ki, saat 18:00-da start götürən qarşılaşma Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilib.

Tərəflər bu oyundan qolsuz ayrılıblar. Halbuki, bu komandaların Qəbələdəki toplanış çərçivəsində baş tutan duelində “Keşlə” 2:0 üstün olmuşdu.

“Səbail” Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq. “Keşlə” ilə “Sumqayıt”ın qonağı olacaq.

Yoxlama oyunu
14 avqust

Səbail – Keşlə 0:0
Bakı Olimpiya stadionu, ehtiyat meydança