Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Səbail” doğma meydanda ötən mövsümü Premyer Liqada keçirmiş “Şamaxı”nı qəbul edib. 6 cavabsız qolla qalib gələn elita təmsilçisi mərhələ adlayan tərəf olub.

“Zirə” isə bir neçə gün öncə Premyer Liqa çərçivəsində səfərdə uduzduğu “Turan Tovuz”u bu dəfə kubok matçında, özü də evdə sınağa çəkib. Bu oyunda da hesabı tovuzlular açıblar. Amma zirəlilər yekunda əzmkar qələbə sayəsində mərhələ adlamağı bacarıblar.

Xatırladaq ki, daha öncə “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti mərhələyə yüksəliblər. “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları sabah keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final 

20 dekabr

“Səbail” – “Şamaxı” 6:0
Qollar: Amil Yunanov, 23-pen; 45. Pedro Nuno, 50. Rüfət Abdullazadə, 56; 80. Adi Mehremiç, 90+2.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
“ASCO Arena”, 14:00.

Səbail: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev (k), 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 48. Ayaz Mikayılov, 42. Adəm Topalov, 62. Zaman Zamanlı, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.
Şamaxı: 1. Əkpər Vəliyev, 77. İbrahim Aslanlı, 21. Abbas Ağazadə, 80. Zahid Mərdanov, 4. Kənan Quliyev, 13. Ramin Əhmədov (k), 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 11. Samir Məhərrəmli, 74. Süleyman Damadayev, 9. Qurban Səfərov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 22. Sahib Həsənov, 17. Elçin Rəhimli, 23. Rövşən Şahmuradov, 7. Emil Qasımov, 20. Əli Mürsəlov, 99. Cəlal Cəbrayılov, 56. Samir Ağayev, 72. Xəyyam Hüseynov, 88. Elçin Qasımov, 3. Əbil Əbilov, 8. Edqar Adilxanov.
Baş məşqçi: Ramiz Məmmədov.

“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 88 - Otto Con, 4.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrilla, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.