Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə “Qəbələ” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu görüş “Qəbələ”nin ilk qələbəsi, “Sabah”ın isə ardıcıl 5-ci məğlubiyyəti ilə başa çatıb. Günün digər oyunu “Zirə” ilə “Səbail” arasında baş tutub. Bu görüşdə isə ümumiyyətlə qapılara qol vurulmayıb.

Turun qalan iki oyunu (“Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Keşlə”) sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
8-ci tur

31 oktyabr

“Qəbələ” – “Sabah” 2:1
Qol: Y.Nəbiyev, 31. N.Raysel, 54 – R.Şeydayev, 80.
Qırmızı vərəqə: N.Vuyadinoviç, 69.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 10. Yevgeni Koçuk, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 18. Xulio Sezar Rodriqes, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Visente Qomes.

“Zirə” – “Səbail” 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 2. Arsen Ağcabəyov.
Baş məşqçi: Aftandil Hacıyev.