De Byazi Azərbaycana gəlmiş ən abırsız və tərbiyəsiz nəinki futbol, ümumiyyətlə idman adamıdı. Bəlkə də Azərbaycana bütün sahələrdə onun kimi tərbiyəsiz əcnəbi gəlməyib.

Məqsədi günahı bizim üstümüzə yıxıb dava salmaq, bununla da "gördüz, bunlar belədilər" deyib özünü düz tərəf kimi göstərməkdi. Amma bura şərqdi, belə şeylər bağışlanmır. Bu dəfə qanının arasına Sərxan Hacıyev girdi (Sərxana hörmətim hər keçən gün artır).

De Byazi öz tərbiyəsizliyi ilə onu bura gətirənlərə, hamilik edənlərə, onu müdafiə edib özünü bir şeben sayanlara münasibətini göstərdi. Bizə yox, onlara.

Tərbiyəsiz adam yaxşı məşqçi ola bilməz. Çünki məşqçi həm də müəllimdi, həm də tərbiyəçidi. Özünün tərbiyəsi olmayan adam başqasına tərbiyə verə bilməz.

Biz şərqlilər səbrli oluruq. Biz qarşımızdakının içi tam şəkildə ortaya çıxana qədər gözləyəcək səbrə malikik. Gözləyə bilirik, təhrikə getmirik. Gözlədik, bu da nəticəsi. Hər şey ortadadı.

 

Kənan Məstəliyev, "Rekord.az"