Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş voleybol üzrə Sədərək rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Sədərək rayon 2 nömrəli tam orta məktəbin idman zalında reallaşan yarışda UGİM-1 komandası birinci yerə sahib çıxıb.

UGİM-2 və UGİM-3 komandaları yarışı müvafiq ardıcıllıqla ikinci və üçüncü sıralarda tamamlayıblar. Adıçəkilən komandaların üzvləri diplomla təltif ediliblər.