Şəhidlərimizin xatirəsinə həsr edilmiş boks üzrə Sədərəl rayon açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, rayon 1 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışa Şərur boksçuları da qatılıb.

Açılış mərasimində şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Səkkiz çəki dərəcəsi üzrə ümumilikdə 40 idmançı qələbə uğrunda mübarizə aparıb. İlk üç yerin sahibləri diplomla təltif edilib.

Qaliblər:

Əli Məmmədov - 27 kq

Ayaz Məmmədzadə - 30 kq

Fariz İsmayılov - 37 kq

Umud Qazıyev - 46 kq

Talıb Hüseynli - 48 kq

Elcan Zamanlı - 52 kq

Ruhin Səfərov - 56 kq

Mahir Məmmədzadə - 64 kq