Daha bir tarixi yadınıza salırıq: 20 avqust 2011-ci il. 

Premyer-Liqanın 3-cü turu çərçivəsində “İnter” öz meydanında “Bakı”nı qəbul edir. Son dəqiqələrdə bir epizodda “bankirlər”in gürcü qapıçısı Georgi Lomaya topa çıxış zamanı rəqib hücumçu, 18 yaşlı Nurlan Novruzova qarşı aşkar kobud oynayır. Hakim Ramil Diniyevin penalti və qapıçıya qırmızı vərəq vermə qərarı meydan sahibləri tərəfindən narazılıqla qarşılanır və mübahisə düşür. Lomaya həm də böyük tərbiyəsizlik edərək hakimə qeyri-etik jest edir. Ardınca “İnter”in bolqar prezidenti Georgi Nikolov komandasına meydanı tərk etməyi tapşırır. 

Bir sözlə, əməlli-başlı qalmaqal. İzləyin, xatırlayın.