
"Şəfa"nın keçmiş "Şəfa" ilə bağlı planları
- 17 Fev 2025 14:00
- 278
II Liqada mübarizə aparan "Şəfa" iddiası ilə diqqət çəkir.
Rekord.az xəbər verir ki, yaxşı maliyyə dayaqları olan komanda qış fasiləsində Premyer Liqa təcrübəsi olan futbolçuları heyətinə qatdı.
Hətta I Liqada lider olan komandalarda forma geyinən bir neçə futbolçu da bu komandaya üz tutdu. Əldə etdiyimiz məlumata görə, kluba himayədarlıq edən əsas sponsor Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən şirkətdi. Rəhbərliyin gələcəklə bağlı ciddi planları var. Əsas planlardan biri də keçmiş "Şəfa", hazırkı "ASK Arena"nı alaraq orada baza qurmaqdı. İstəkləri realaşacağı təqdirdə süni örtüyü də təbii örtüklə əvəzləmək istəyirlər. Yaxın 2-3 ildəki əsas hədəf isə Premyer Liqaya vəsiqə qazanmaqdır. Maraq üçün deyək ki, hazırda "Şəfa"da forma geyinən futbolçular arasında 3-4 min manat maaş alanlar var ki, II Liqa təmsilçisi üçün bu, çox yüksək göstəricidir.