Səfir Bakıda Uels yığmasını ziyarət etdi, top çilədi FOTOLAR
- 10 İyn 2021 14:45
- 544
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib.
Rekord.az xəbər verir ki, səfir bu barədə tvitter hesabından məlumat paylaşıb.
Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib:
"Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar"!.
Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.